“Sun Food” MMC-nin məhsulları Sumqayıtda utilizasiya olunub. Sumqayıt24 bu barədə 30 avqust tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Proses “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda həyata keçirilib. Burada istehlaka yararsız, ümumi çəkisi 34.29 ton olan müxtəlif növ süd və süd məhsulları məhv edilib.