Sumqayıt poliqonunda “Foodini” MMC-yə məxsus müxtəlif növ ərzaq məhsulları utilizasiya edilib. Bu haqda bu gün, 21 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlikdən verilən məlumata əsasən, şirkətin istehlaka yararsız və istifadə müddəti bitmiş 4227 kiloqram müxtəlif növ ərzaq məhsulları məhv edilib. Utilizasiya prosesi “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda keçirilib.