Sumqayıt poliqonunda 1 tondan çox məhsul məhv edilib. Bu haqda bu gün, 23 iyun tarixində AQTA-ya istinadən xəbər veririk.
Məhv edilmiş məhsullar “Merano-Baku” MMC-yə məxsus idi. “Təhlükəli Tullantılar” MMC-də ümumi çəkisi 1140 kq olan müxtəlif növ qida məhsulları utilizasiya edilib.
Daha öncə adıçəkilən şirkətin 1 ton məhsulu məhv edilmişdir.