Sumqayıt poliqonunda 15 tondan çox süd məhsulu utilizasiya edilib. Bu haqda bu gün, 1 mart tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar “AZ FP CO LTD” MMC-yə məxsus idi. “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda 13 adda, 15.444 kq müxtəlif növ süd məhsulları və qatqıları məhv edilib.
Daha öncə, adıçəkilən şirkətin 17 tondan çox məhsulu məhv edilmişdir.