Sumqayıtda 18.6 ton ət və süd məhsulları məhv edilib. Bu haqda bu gün, 9 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda istehlaka yararsız və istifadə müddəti bitən 18.657.36 kq müxtəlif növ ət və süd məhsulları utilizasiya edilib. Məhsullar “Qurman Plyus” MMC-yə məxsus idi.