Sumqayıt poliqonunda istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar utilizasiya edilib. Bu haqda bu gün, 16 mart tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 29.73 ton müxtəlif növ süd məhsulları məhv edilib. Ərqazlar “Sun Food” MMC-yə məxsus idi.