Bakıda gecə klubunda baş verən partlayış zamanı Sumqayıt polis əməkdaşı xəsarət alıb. Bu haqda bu gün, 4 aprel tarixində Oxu.Az-a istinadən xəbər verir.
Məlumata əsasən, xəsarət alan 28 yaşlı Aqşin Məmmədov Sumqayıt Şəhər Polis İdarəsində inspektor vəzifəsində çalışır.
Hadisə 3 aprel saat 3:00 radələrində Səbail rayonunda yerləşən gecə klubunda baş verib. Nəticədə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.