Qanunsuz ağac kəsmə faktları ilə bağlı araşdırma aparılıb. Sumqayıt24 bu haqda 10 oktyabr tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulduğunu müəyyən edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq daxili işlər orqanlarına göndərilib.