“Sumqayıt” qəzetinin yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub. Bu haqda Sumqayıt24 xəbər verir.
Görüş Sumqayıt Tibb Mərkəzində (STM) baş tutub. Mərkəzin direktoru Səkinə Sadıxova 70 yaşını qeyd edən qəzetin Sumqayıt şəhərinin yaranma və yaşam tarixindəki özünəməxsus rolundan bəhs edib. O, redaksiya kollektivinə uğur arzulayıb.
“Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev çıxışında keçdikləri yol barədə ətraflı məlumat verib.
Sonda Səkinə Sadıxova çoxillik səmərəli əməkdaşlığa görə baş redaktor Sübhan Quliyevə Fəxri Fərman təqdim edib.