Sumqayıtda bərbad vəziyyətdə olan daha bir yol təmir edilir.
Jurnalist Şəmistan Fikrətlinin yaydığı məlumata görə, "33 nömrəli marşrutun yolu" kimi tanınan ərazi, qəbiristanlığın ətrafı bir neçə gündən sonra asfaltlanacaq.
Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Xüsusi texnika vasitəsilə yol qatı bərkidilir.