Sumqayıtda Qubadlı rayonunun icra başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda qurumun səhifəsinə istinadən xəbər verir.
İcra hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri və icra nümayəndələri B. Mehtiyev adına 2 saylı tam orta məktəbdə vətəndaşlarla görüşüblər. Qaldırılmış 18 məsələdən 10-u yerində həll olunub, 8-i isə nəzarətə götürülüb.
Eyni zamanda, Malik İsaqov məktəbin müəllim kollektivinin də fikirlərini dinləyib.