Rəsm dərnəyinin rəhbəri “Uğurlarımla 2023-ə” mükafatı və diplomla təltif olunub. Bu barədə 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Nizami Gəncəvi adına Kitabxana klubunun dərnək rəhbəri Günel Aslanova və şagirdləri mükafatın təqdimat mərasimində, həmçinin “Qış möcüzələri” adlı sərgidə iştirak ediblər.
Tədbir Bakı Gənclər Mərkəzində “A Media” MMC, “Abşeron Gənclərin İnkişafı” İB və “E Media Group”un dəstəyi ilə keçirilib.