70 illik tarixi olan “İnşaatçılar” klubu ilə bağlı Sumqayıt Regional Mədəniyyət İdarəsi açıqlama verib. Bu haqda bu gün, 18 fevral tarixində Baku TV məlumat yayıb.
2 mərtəbəli klub binası 1952-ci ildə istifadəyə verilmişdir. Burada 7 otaq, 300 nəfərlik akt zalı mövcud idi. Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır.
Mərkəzin bədii rəhbəri Kifayət Quliyevanın sözlərinə görə, 1993-cü ildən burada məcburi köçkün ailəsi məskunlaşıb. Bu səbəbdən adıçəkilən qurum bu ərazidə təmir işləri apara bilmir.
Daha öncə, Kamran Hüseynov küçəsində yerləşən klubun baxımsız vəziyyəti bərədə məlumat vermişdik.