Sumqayıtda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər veririk.
Nazirliyin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, xilasedicilər çağırış ünvanına cəlb olunublar. Nəticədə, Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.