Sumqayıtda fəaliyyət göstərən qurumda yoxlama aparılır. Sumqayıt24 bu haqda 24 fevral tarixində Trend.az-a istinadən xəbər verir.
Hesablama Palatasından bildirilib ki, 2023-cü ilin İş Planına əsasən, audit Sumqayıt Regional Mədəniyyət İdarəsində təşkil olunub. Nəticələr qanuna uyğun olaraq, Milli Məclisə göndərildikdən sonra açıqlanacaq.