Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində kadr dəyişikliyi olub. Bu haqda bu gün, 5 iyul tarixində Qaynarinfo-ya istinadən xəbər veririk.
Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev vəzifəsindən azad olunub. Əmr Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən imzalanıb.
Mərkəzə yeni rəis polkovnik Vaqif Fətullayev təyin edilib.