Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi dövlət satınalmaları üzrə kotirovka sorğusu elan edib. Sumqayıt24 bu barədə 29 dekabr tarixində Report-a istinadən xəbər verir.
Könüllü tibbi sığorta xidmətləri üçün keçiriləcək sorğuda iştirak haqqı 100 manatdır. İddiaçılar təkliflərini yanvarın 17-si, saat 15:00-a qədər idarəyə təqdim edə bilərlər. Təkliflərə yanvarın 18-də, saat 15:00-da Bulvar küçəsi, 10 ünvanında baxılacaq.