Sumqayıtda Abşeron-Xızı Regional Təhsil İdarəsinin yaradılması prosesi yekunlaşmaq üzrədir. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Təhsil Nazirliyindən verilən məlumata görə, idarənin yaradılması ilə bağlı bir sıra işlər artıq bitmək üzrədir və cari ayın 10-na kimi bu haqda geniş açıqlama olacaq.
Xatırladaq ki, idarə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının təhsil şöbələrinin əsasında yaradılacaq.