Qarabağ Dirçəliş Fondu ilə Vəkillər Kollegiyası arasında işgüzar görüş keçirilib. Sumqayıt24 bu barədə 30 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Görüşdə Sumqayıtla yanaşı, digər şəhərlərdə fəaliyyət göstərən vəkil bürolarının rəhbərləri, eləcə də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov iştirak ediblər.
Çıxış edən QDF-nin sədri Rəhman Hacıyev sözügedən fonda ianə etdiklərinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, eləcə də Kollegiyanın bütün üzvlərinə təşəkkür edib.Toplantıda iştirak edən qurumlar tərəfindən Fonda ümumilikdə 100 min 800 manat ianə edilib.
Sonda QDF tərəfindən Fonda ianə edən 37 quruma “İanə sertifikat”ı təqdim olunub.