Sumqayıt Şəhər Məhkəməsində yeni təyinat olub. Sumqayıt24 bu haqda bu gün, 15 mart tarixində məhkəmənin Facebook səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, hakim Azər İsmayılov kütləvi informasiya vasitələri (KİV) ilə əlaqələrə məsul şəxs təyin edilib. Sumqayıt Şəhər Məhkəməsinin fəaliyyəti və baxılan işlər barədə məlumatları əldə etmək üçün, KİV nümayəndələri hakim Azər İsmayılova müraciət edə bilər.
Əlaqə: (018) 655-03-03; Daxili: 43029.