Sumqayıt şəhər sakini Bakıda bıçaqlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində APA məlumat yayıb.
Məlumata əsasən, hadisə paytaxtın Keşlə qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Cəfərova marketin önündə hücuma məruz qalıb. Qadının tanıdığı oğlan onun üzünə və boğazına üç bıçaq zərbəsi vurub. Cəfərova xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.