Sumqayıt şəhəri Azərbaycanın təhsil reytinqində 2-ci yeri tutub. Sumqayıt24 bu haqda Bakı Araşdırmalar İnstitutunun saytına istinadən xəbər verir.
Reytinq 73 şəhər üzrə hazırlanıb və aşağıdakı 3 statistik göstəricilərə əsaslanıb:
1) 9 illik buraxılış imtahanlarının nəticələri;
2) 11 illik buraxılış imtahanlarının nəticələri;
3) Ali məktəblərə qəbul imtahanlarının nəticələri.
Həmin reytinq, qeyd etdiyimiz 3 göstəricini cəmləməklə hesablanır. Nəticələr adıçəkilən institutun mütəxəssisləri tərəfindən Dövlət İmtahan Mərkəzinin statistik bazası əsasında hazırlanıb.