Sumqayıt şəhərinə 2021-ci ildə yatırılan sərmayenin məbləği məlum olub. Bu haqda bu gün, 21 fevral tarixində Sumqayitxeber.com məlumat yayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı statistikaya əsasən, Sumqayıta 618 milyon 229 min manat yatırım edilib.
Ən böyük yatırım Bakı şəhərinə (9 milyard 984 milyon 389 min manat) edilib. Yatırım üzrə 2-ci yerdə Naxçıvan şəhəri (707 milyon 99 min manat), 3-cü yerdə is Füzuli rayonudur (673 milyon 280 min manat).