Sumqayıt şəhərində dezinfeksiya işləri davam etdirilir. Bu haqda bu gün, 17 fevral tarixində Dünya TV məlumat yayıb.
İşlər Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri və Mənzil Kommunal Sahələrin əməkdaşları tərəfindən aparılıb.
Onlar məhəllələrin daxili, pilləkanların tutacaqları, binaların ətrafları, uşaq meydançaları və liftləri xüsusi məhlullarla təmizləyib.
Bundan əlavə, şəhərin yaşıllaşdırılması da davam etdirilir. Burada çoxlu sayda ağac əkilib.