Sumqayıtda Ermənistan istehsalı olan məhsullar utilizasiya edilib. Bu haqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər veririk.
Məlumata əsasən, komitənin əməkdaşları tərəfindən istifadəyə yararsız və mənşəyi bilinməyən malların ölkəyə gətirlməsinin qarşısı alınıb. Əməkdaşlar ələ keçirilən məhsulları məhv etmək üçün Sumqayıt poliqonuna gətiriblər. Həmin malların arasında erməni istehsalı olan 50 litrdən çox müxtəlif spirtli içki növü, 37 ədəd suvenir və 32 qutu siqaret də olub.
Qeyd edək ki, bu səfər şəhərimizin poliqonunda ümumilikdə 4600 qutu fişəng və 119.385 ədəd pirotexniki vasitə, istifadə müddəti bitmiş müxtəlif növ dərman preparatları, 3218.75 litr alkoqollu və kustar üsulla hazırlanmış içki, 162 litr sərinləşdirici içki, 361.14 kq ərzaq və qeyri-ərzaq məhsulları və 107 kq yuyucu vasitə məhv edilib.
Foto Dövlət Gömrük Komitəsi
Foto Dövlət Gömrük Komitəsi
Foto Dövlət Gömrük Komitəsi