Sumqayıt şəhər Poeziya evində “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli” mövzusunda forum keçiriləcək. Bu haqda bu gün, 11 fevral tarixində Sumqayıt24 Mədəniyyət Nazirliyinin rəsmi saytına istinadən xəbə verir.
Sumqayıt mədəniyyət forumu 17 fevral tarixində keçiriləcək. Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunacaq. Hər sahənin cari durumu, görüləcək işlər, perspektivli planlar müzakirə olunacaq.
Forum Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək.