Sumqayıt şəhəri Şəhidlər Xiyabanı bu gün səhər saatlarından müxtəlif məktəblərin müəllimləri və sagirdləri tərəfindən ziyarət edilir. Bu haqda Sumqayıt24 məlumat verir.
Məlumata əsasən, Xiyabanı ziyarət edənlərin arasında 5, 10, 28, 34 nömrəli və digər orta məktəblərin şagirdləri, sinif rəhbərləri olub. Onlar burada dəfn olunan şəhidlərin məzarlarını ziyarət ediblər, xatirələrini ehtiramla anıblar, məzarlar üstə qərənfillər düzüblər. [modula id="8239"]