Sumqayıtlı şagirdlər üç gündür təhsil ocağına getməkdən imtina ediblər. Bu barədə OXU.AZ xəbər verir.
Təfəkkür liseyinin 3C sinfinin 33 şagirdi və valideynləri analıq məzuniyyətindən çıxmış müəllim Səbinə Şahbazovanın dəyişdirilməsini tələb edirlər. Onlar, sentyabr ayından övladlarına dərs demiş müəllimin geri qaytarılmasını istəyirlər.
Hal-hazırda valideynlərlə danışıqlar aparılır.