Sumqayıtda "Uşaqların sağlamlığının keşiyində" şüarı ilə aksiyaya start verilib. Bu haqda bu gün, 31 may tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən aksiya 3 gün davam edəcək və ümumilikdə 150 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulur.
Tədbirin ilk günü Mətləb Quliyev adına 3 nömrəli məktəbdə təşkil edilib. Aksiya zamanı Sumqayıt Tibb Mərkəzinin 3 həkimi - pediatr, oftalmoloq və stomatoloq 50 nəfər şagirdi müayinədən keçirib.
Yoxlama iyunun 1-də 8 nömrəli məktəbdə, iyunun 2-də isə 18 nömrəli məktəbdə təşkil ediləcək.