Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib. Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Sözügedən vəzifəyə Mirfuad Mahmudov təyin olunub. İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib.
Xatırladaq ki, M. Mahmudov daha öncə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini işləyib.