Mehdi Hüseynzadə adına stadionda yenidənqurma işləri bitmək üzrədir. Bu barədə 15 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğundur. Örtüyün altında torpaqbərkitmə işləri aparılıb, xüsusi isitmə və drenaj sistemləri quraşdırılıb. Soyunub-geyinmə otaqları, konfrans zalı, dopinq-nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb.
Qeyd edək ki, hazırda Sumqayıt şəhər stadionunun ətrafı asfaltlanır. [modula id="26907"]