Sumqayıtda Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerlərinin ünvanları açıqlanıb. Bu haqda bu gün, 2 iyul tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
9 və 10 iyul tarixlərində şəhərimizin iki ünvanında qurbanlıq heyvan kəsimi və satışı, bir ünvanda isə satış həyata keçiriləcək. İnşaatçılar küçəsi 61A və Çerkassı küçəsi 46-cı məhəllədə yerləşən məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar təqdim olunacaq.
Şəhərin 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Araz" supermarketi tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək təqdim edilən xidmətlərdən yararlana bilərlər.