Sumqayıt sakinlərini narahat edən problemlə bağlı açıqlama verilib. Sumqayıt24 bu haqda 29 iyun tarixində xəbər verir.
Çox sayda vətəndaşın redaksiyamıza ünvanladığı müraciətlərdə, şəhər ərazisində zibil qablarının az olması problemi öz əksini tapır. Parka və yaxud bulvara istirahətə gələnlər tullantıları atmaq üçün yer tapa bilmirlər. Nəticədə onların qarşısında iki seçim durur - əlində evə kimi aparmaq, yada ki yerə atmaq. İkinci variant isə, öz növbəsində, Sumqayıtın çirklənməsinə gətirib çıxarır.
İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, son illər küçə və prospektlərdə, eləcə də insanların daha çox olduğu ərazilərdə yüzlərlə tullantı qabları qoyulub. Bu il də şəhər ərazisində yeni tullantı qablarının quraşdırılması planlaşdırılır.