Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul-görüşünü keçirib. Bu haqda bu gün, 18 iyun tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 42-ci məhəlləsində, 29 nömrəli məktəbin binasında baş tutan qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənilib.
Görüş zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.