Sumqayıtda “Narkomaniya ilə mübarizə cəmiyyətin xilasıdır” mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 25 iyun tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Sumqayıt şəhərinin Tarixi Muzeyində baş tutan tədbir 26 İyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar təşkil edilib.
Tədbirdə çıxış edən qonaqlar narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıblar.