Sumqayıt şəhərində “Vətən ocaqdırsa, şəhidlər oddur” adlı ədəbi-bədii gecə təşkil olunub. Bu haqda bu gün, 8 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Poeziya evində keçirilən tədbir Vətən müharibəsi şəhidləri Emil İsgəndərov, Eltun Əliyev və Elvin Novruzova həsr edilib. Tədbir zamanı igidlərimizin həyat və döyüş yolları haqqında hazırlanan videoçarx nümayiş olunub, “Əsgər məktubu” adlı kompozisiya canlandırılıb.
Tədbirdə bədii özfəaliyyət kollektivlərinin üzvləri Aydın Sami, Aydın Lökbatanlı, Kamil Ağazadə, Əvəz Səlimov, Əli Əzizoğlu və “Veteranlar” xalq xoru mahnılar səsləndiriblər.