Sumqayıt şəhərində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib. Bu haqda bu gün, 31 may tarixində FHN-in saytına istinadən xəbər veririk.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhərin aidiyyəti təşkilatlarının məsul şəxsləri iştirak ediblər. Müşavirədə Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində keçirilmiş monitorinqin nəticələri və aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.