Sumqayıt sakini lotereya oyununda cekpot qoparıb. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Həmin şəxs, “Azərlotereya” ASC-nin yeni “5X” ani lotereyasında olan 4 böyük uduşdan birini qazanıb. Onun əldə etdiyi məbləğ 100.000 manat təşkil edib.
Qeyd edək ki, ani lotereyada uduşlu biletlərin sayı 2.602.704 ədəddir.