Sumqayıt sakini ölümlə nəticələnən qəza törədib. Sumqayıt24 bu haqda 13 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə 12 dekabr saat 18:00 radələrində Masazır qəsəbəsində baş verib. A. Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U. Bağırovu vurub. Piyada yerindəcə keçinib.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.