Yenilənib saat 15:30
Baş vermiş qəzanın təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 31 yanvar tarixində APA məlumat yayıb.
Belə ki, 26 yaşlı sürücü “BMW” markalı avtomobilinin idarəetməsini itirərək aptekə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
--------------------------------------------------------------------------------------------------------
Saat 10:20
Sumqayıtda avtomobilin sürücüsü idarəetməni itirərək obyektə çırpılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Oxu.Az məlumat yayıb.
Hadisə şəhərin Cəfər Cabbarlı və Nəriman Nərimanov küçələrinin kəsişməsində (“Pioner” marketin yanında) qeydə alınıb. Burada minik avtomobili aptekə çırpılıb. Həm nəqliyyat vəsitəsinə, həm obyektə ziyan dəyib.