Sumqayıt sakini "Azerçay" markası tərəfindən təşkil edilən lotereyanın qalibi olub. Bu haqda APA məlumat yayıb.
"Doğma çayınızdan qazandıran lotereya"nın ilk tirajının qalibi olan H. Z. Tağıyev qəsəbəsində yaşayan Müşfiq Nəcəfova "Nissan X-Trail" avtomobili təqdim olunub.
Qeyd edək ki, "İlin qazananı sən ol" lotereyasında iştirak etmək üçün məhsulların qutularının qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə "Azercell" və "Bakcell" nömrələrindən 8825-ə göndərmək lazımdır. Nəticələr elan olunana qədər isə qutunu saxlamaq mütləqdir.
Xatırladaq ki, həmin lotereyanın ikinci tirajı 4 yanvar, üçüncü tirajı isə 1 fevral tarixlərində Azad Azərbaycan telekanalında saat 19:00-da keçiriləcək.