Sumqayıt sakinindən şantaj yolu ilə pul alınıb. Sumqayıt24 bu barədə 21 oktyabr tarixində Lent.az-a istinadən xəbər verir.
Zərdab rayon sakini, 34 yaşlı Z. Babayev 43 yaşlı A. Abdullayevanı foto və videolarını yayacağı ilə hədələyib. Bu yolla ondan 10.000 manat götürüb. O, eyni üsulla əlavə 10.000 manat pul tələb etdikdə isə qadın polisə müraciət ünvanlayıb.
Hazırda Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.