Sumqayıt sakini həbsxanaya qadağan olunmuş əşyanı keçirməyə çalışıb. Sumqayıt24 bu haqda 16 noyabr tarixində Penitensiar Xidmətə istinadən xəbər verir.
Hadisə 15 saylı cəzaçəkmə müəssisəsində baş verib. Kamal Ağagülov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və burada cəza çəkən qardaşı Hacıgözəl Ağagülov ilə qısamüddətli görüşə gəlib. Onun gətirdiyi sovqata baxış zamanı orada olan gödəkçənin yan cibində “Samsung Duos” markalı mobil telefon tapılıb.
Araşdırma aparılır.