Sumqayıtda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə 13 avqust tarixində Fövqəladə Hallar Nazirlyinə (FHN) istinadən xəbər veririk.
Nazirliyin "112" qaynar xəttinə daxil olan məlumat əsasında, Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunublar. Nəticədə mənzilin qapısı açılıb və vətəndaşa müvafiq köməklik göstərilib.