Sumqayıt sakininin idarə etdiyi avtomobil ağaca çırpılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sumqayıt24 bu haqda 9 iyun tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonunun Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəzaya səbəb Seymur Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetmədən çıxması olub.
Nəticədə Məmmədov rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.