Sumqayıt sakininin idarə etdiyi avtomobil Oğuzda qəzaya uğrayıb.
Report.az-ın məlumatına görə, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev və Cavanşir küçələrinin kəsişməsində qeydə alınıb.
Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Türkanə Kosayevanın idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə 1989-cu il təvəllüdlü Tərlan Allahverdiyevin "VAZ-2107" markalı avtomobili toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.