Sumqayıt sakini qəza törədib. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə oktyabrın 29-da saat 19:00 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.