Sumqayıt sakini Salyanda baş verən qəzada xəsarət alıb. Bu haqda bu gün, 18 fevral tarixində Report.az məlumat yayıb.
Məlumata əsasən, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Burada, “Mercedes Sprinter” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində 1 nəfər vəfat edib, 4 nəfər isə xəsarət alıb. Onların arasında, 52 yaşlı Sumqayıt şəhər sakini Validə Nəcəfova da var.
Faktla bağlı araşdırma aparılır.