Sumqayıt şəhər sakini qaçırdığı avtomobil ilə birgə Beynəlxalq Hava Limanında saxlanılıb. Bu haqda bu gün, 22 yanvar tarixində APA məlumat yayıb.
21 yanvar saat 23 radələrində Yasamal Rayon Polis İdarəsinə “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Axtarış nəticəsində avtomobil Hava Limanı ərazisində aşkar edilib. Qaçırmaqda şübhəli bilinən sürücü S. Abbasov isə saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.