Xəzər dənizində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Sumqayıt24 bu haqda 7 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Onun Sumqayıt sakini Faiq İbadov olduğu müəyyən edilib. Saxlanılan şəxsdən qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.